![]() |
Rusiya Aİ-ni təşvişə salıb- "Politico" "Ağ kitab"dan yazdı |
“Siz Moskvanı məğlub edə bilməzsiniz! Demək olar ki, əbədi şəkildə öz mövqeyində olan Rusiya xarici işlər naziri Sergey Lavrovdan necə üstün ola bilərsiniz?” – ekspert əlavə edib.
Onun sözlərinə görə, Rusiya lideri Vladimir Putin, Kremlin xarici siyasətini müəyyən edən Sergey Lavrov ABŞ prezidenti və Ağ Ev komandasının üzvləri ilə müqayisədə daha hazırlıqlı siyasətçilərdir.
Qeyd edək ki, Donald Trampın Ağ Evə qayıdışından sonra Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində bir sıra ddımlar atılıb. Martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar baş tutub. Danışıqlar təxminən 9,5 saat davam edib. Görüşdən sonra Vladimir Zelenskinin saytında tərəflərin birgə bəyanatı dərc edilib. Bəyanata əsasən Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməyə hazırdır. Rəsmi Vaşinqton isə dərhal kəşfiyyat məlumatlarının mübadiləsində yaranmış fasiləni aradan qaldıracaq və Kiyevə yardımı bərpa edəcək.
Tural Tağıyev
AzVision.az