Taliblərin qadağası nəticəsində tiryək kəskin şəkildə bahalaşıb

   Taliblərin qadağası nəticəsində tiryək kəskin şəkildə bahalaşıb
  13 Mart 2025    Oxunub:429
Taliban 2022-ci ildə narkotik vasitələrin istehsalını qadağan etdikdən sonra Əfqanıstanda tiryək qiymətləri on dəfə artıb.
AzVision.az BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) açıqladığı məlumat istinadən xəbər verir ki, üç il əvəvl Əfqanıstanda bir kiloqram tiryək 75 dollar idisə, bu il məzənnə 750 dollar olub.

Qiymət artımı satıcılara xaşxaş becərilməsinin azalmasını və tiryək istehsalının itkisini kompensasiya edib.

“Kəskin artan tiryək qiymətləri və əhəmiyyətli ehtiyatlar o deməkdir ki, Əfqanıstanda narkotik ticarəti qeyri-qanuni ticarətin yüksək gəlirli forması olaraq qalır”, - UNODC-nin icraçı direktoru Qada Vali bildirib.

Eyni zamanda, UNODC Əfqanıstanda bu narkotiklərin istehsalının azalması bütövlükdə dünyada tiryək məhsullarının qeyri-qanuni dövriyyəsinin enməsinə səbəb olduğunu açıqlayıb. Bununla belə, qurum tiryək çatışmazlığının alıcıları və satıcıları fentanil kimi alternativ dərmanlara keçməyə sövq edə biləcəyini vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Əfqanıstan   tiryək   bahalaşma  





Xəbər lenti