AP-də yeni korrupsiya qalmaqalı

   AP-də yeni korrupsiya qalmaqalı
  14 Mart 2025    Oxunub:492
Belçika polisi Avropa Parlamentində (AP) yeni korrupsiya qalmaqalı ilə əlaqədar Çinin texnologiya nəhəngi “Huawei” şirlətinin ofisləri də daxil olmaqla axtarışlar həyata keçirib.
AzVision.az “Politica” nəşrinə istinadən xəbər verir ki, Belçika federal polisi Avropa Parlamentində (AP) korrupsiya ilə bağlı araşdırma çərçivəsində dünən səhər saatlarında bir neçə şəhərdə axtarışlar aparıb.

“Biz təsdiqləyə bilərik ki, AP-də korrupsiya, sənədlərin saxtalaşdırılması, çirkli pulların yuyulması ilə bağlı ilkin ittihamlarla bağlı araşdırmalarımız davam edir. Polis Brüssel, Flandriya, Valoniya şəhərlərində 21 ünvanda axtarışlar həyata keçirilib, Portuqaliyada isə ayrı-ayrı axtarışlar aparılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə nəfəri həbs edib”, - Belçika prokurorluğunun nümayəndəsi bildirib.

“Follow the Money”, “Le Soir” və “Knack” nəşrləri prokurorların Çinin texnoloji nəhəngi “Huawei” şirkəti ilə bağlı cinayətləri araşdırdığını bildirir. İstintaqla tanış olan mənbə də axtarışların “Huawei” ilə əlaqəli olduğunu təsdiqləyib.

- Həyata keçirilən polis əməliyyatı müxtəlif imtiyazlar müqabilində Çinin “Huawei” şirkətinin maraqlarını Avropa dairələrində təbliğ etdikləri iddia olunan deputatlar və onların köməkçiləri kimi parlament qurumunda nüfuzlu şəxsləri hədəf alıb”, - Belçikanın “RTBF” bildirib.

Bir neçə ildir ki, “Huawei” şirkəti Avropada telekommunikasiya şəbəkələrinin, ilk növbədə, beşinci nəsil (5G) tətbiqi ilə əlaqəlidir. 2000-ci illərin əvvəllərində Avropa bazarına çıxan Çin telekommunikasiya şirkətinin mövcudluğu bəzi siyasi dairələrdə şübhələrə səbəb olub və tənqidlərə məruz qalıb.

Xatırladaq ki, 2022-ci ilin dekabrında AP-də “Qətərqeyt” adlı korrupsiya qalmaqalı yaşandı. Müstəntiqlərin fikrincə, Qətər, Mərakeş və Mavritaniya hökumətlərinin təsiri altına düşmüş bir qrup deputat, siyasətçi, lobbiçi, dövlət qulluqçusu və onların ailə üzvləri korrupsiya sxemlərində və çirkli pulların yuyulmasında iştirak ediblər.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: AP   “Huawei”   korrupsiya  





Xəbər lenti