Tbilisidə atışma olub: Ölən və yaralanan var

   Tbilisidə atışma olub:    Ölən və yaralanan var
  15 Mart 2025    Oxunub:509
Gürcüstanın paytaxtı Tbilisinin Çavçavadze prospektində silahlı insident baş verib.
Bu barədə "İnterpressnews.ge" nəşri xəbər yayıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, təxminən on dəfə atəş açılıb. İki güllə yaxınlıqdakı kafenin şüşələrinə dəyib.

Nəticədə bir kişi ölüb, onun dostu olan digər şəxs isə yaralanıb.

Hadisə ilə bağlı "Qəsdən adamöldürmə və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə" maddələri üzrə istintaq başlanılıb.
AzVision.az



Teqlər:





Xəbər lenti