Ukraynanın HHM sistemi təhlükə altındadır

   Ukraynanın HHM sistemi təhlükə altındadır
  15 Mart 2025    Oxunub:478
Ehtiyatları demək olar ki, tükənən Ukrayna “Samp-T” hava hücumundan müdafiə (HHM) sistemləri üçün təcili olaraq “Aster-30” raketlərinin təminatı xahişi ilə İtaliya və Fransaya müraciət edib.
AzVision.az İtaliyanın “Corriere della Sera” nəşrinin yaydığı məlumata istinadən xəbər verir ki, Ukrayna hakimiyyəti bir neçə həftədir İtaliya və Fransadan azı 50 ədəd “Aster-30” raketi göndərməyi xahiş edir.

Bununla belə, İtaliya hökuməti qərar verməyə tələsmir, çünki öz arsenalı, demək olar ki, fövqəladə ehtiyatlar səviyyəsinədək tükənib. Fransanın böyük ehtiyatları var, lakin özü üçün.

Ukraynanın Müdafiə naziri Rustem Umerovun bu məsələni italiyalı həmkarı Qvido Krosetto və “Eurosam” şirkətinin nümayəndələri ilə müzakirə edib.

Aktiv bombardmanlar fonunda hər bir HHM sistemi kritik əhəmiyyət kəsb edir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   HHM   təhlükə  





Xəbər lenti