Meksikada 6 bala yaxın zəlzələ olub

Meksikada 6 bala yaxın zəlzələ olub
  15 Mart 2025    Oxunub:535
Meksikada 5,5 maqnitudada zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri 225 min nəfərə yaxın əhalisi olan Oaxaka şəhərindən 77 km şimal-şərqdə, ocağı 35 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

“Reuters” agentliyi hadisə şahidlərinə istinadən Mexikoda zəlzələ həyəcanı barədə məlumat yayıb.
AzVision.az



Teqlər:





Xəbər lenti