Sabah hava əsasən yağmursuz keçəcək
![Sabah hava əsasən yağmursuz keçəcək
Sabah hava əsasən yağmursuz keçəcək](https://azvision.az/photos/2025/02/17392651321316041235_1200x630-1739265551.jpg)
Lakin gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək - 772 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şərq rayonlarda yağıntılı olacağı proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacağı bildirilir. Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
AzVision.az
Teqlər: