“Qarabağ” XXI əsrin rekorduna imza atıb

“Qarabağ” XXI əsrin rekorduna imza atıb
  12 Fevral 2025    Oxunub:199
Misli Premyer Liqasının XXII turunda “Səbail”lə qarşılaşan “Qarabağ” ev oyununda 5:0 hesablı qələbə qazanıb.
AzVision.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 75 dəqiqəsi qolsuz bitən görüşdə bütün toplar hakimin final fitinə 15 dəqiqə qalandan sonraya təsadüf edib

Qurban Qurbanovun komandası bununla da Azərbaycan çempionatları tarixində XXI əsrin rekorduna imza atıb. “Qarabağ” 5 və ya daha çox qol vurduğu görüşdə hesabı ən gec açan komanda olub. Ağdam təmsilçisi ilk topu 76-cı dəqiqədə vursa da, matçın sonunadək “5”ə çatıb.

Bunadək əsrin rekordu “Qəbələ”yə məxsus idi. “Qırmızı-qaralar” 2021/2022-ci illər mövsümündə “Səbail”lə qarşılaşmada 65-ci dəqiqədə hesabı açdıqdan sonra 5:0 hesabı ilə qalib gəliblər.

AzVision.az



Teqlər:





Xəbər lenti