44 günlük müharibə zamanı 187 milyon manatdan artıq ziyan vurulub
![44 günlük müharibə zamanı 187 milyon manatdan artıq ziyan vurulub
44 günlük müharibə zamanı 187 milyon manatdan artıq ziyan vurulub](https://azvision.az/photos/2025/02/a6aee5a6-b21e-373a-8b45-fdad19a7aa57_850-1739300998.jpg)
O, ittiham aktına əsasən 2016-cı il tarixli Aprel döyüşləri, 2020-ci il tarixli Tovuz döyüşləri və İkinci Qarabağ müharibəsi dövründə törədilmiş terrorçuluq cinayətlərini elan etməyə başlayıb.
Həmçinin 25 epizod üzrə Şuşa şəhəri, Xocavənd rayonunun Qaradağlı kəndi, Xocalı rayonu və digər ərazilərdə köməksiz vəziyyətdə qalmış şəxslərin daşınması üçün həmin ərazilərə uçuş həyata keçirən helikopterlərin müxtəlif silahlardan atəşə tutulması, pilot və sərnişinlərə xəsarət yetirilməsi, eləcə də helikopterlərə ziyan vurulması, Bakı-Tbilisi-Ceyhan Neft Kəmərinin və Qərb İxrac Boru Kəmərinin Goranboy və Yevlax rayonları ərazisindən keçən hissəsinin partladılmasına cəhd göstərilməsi və digər terror aktlarına dair epizodlar da elan edilib.
Bildirilib ki, 2016-cı il aprelin 2-6, 24, 26-28 və 30-da iriçaplı və digər odlu silahlardan atəşlər açılmaqla Ağdam rayonu ərazisində 3 mülki şəxs qəsdən öldürülməklə, 13 mülki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə, Tərtər rayonu ərazisində 3 mülki şəxs qəsdən öldürülməklə, 11 mülki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə, Goranboy rayonu ərazisində 4 mülki şəxsə, Füzuli rayonu ərazisində 1 mülki şəxsə, Ağcabədi rayonu ərazisində 1 mülki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə ümumilikdə 6 mülki şəxs qəsdən öldürülüb, 30 mülki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülmələrinə cəhd edilib, eləcə də ümumilikdə 733 daşınmaz əmlaka tamamilə və ya qismən dağıtmaqla, yandırmaqla, zədələməklə 2,4 milyon manatdan artıq məbləğdə maddi ziyan vurulub.
AzVision.az
Teqlər: