İsrailli nazirlər Trampın tələbini alqışlayırlar

   İsrailli nazirlər Trampın tələbini alqışlayırlar
  11 Fevral 2025    Oxunub:466
İsrailin ifrat sağçı qanada malik maliyyə naziri Betsalel Smotriç və sabiq milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ABŞ Prezidenti Donald Trampın HƏMAS terrorçularından "bütün əsirlərin şənbə günü günortayadək azadlığa buraxılmaları" ilə bağlı sərt tələbini alqışlayıblar.
Onlar bu barədə "X" hesablarında yazıblar. Smotriç öz reaksiyasını lokanik şəkildə "Dərhal hamı (buraxılsın - red.)" deyərək bildirib.

"Tramp haqlıdır. Yenidən müharibəyə qayıtmalı", - Ben-Qvir isə vurğulayıb. Belə ki, Tramp öz tələbində "HƏMAS əsirləri buraxmasa, İsrail Qəzzada müharibəni yenidən başlatmalıdır" şərtini qoyub.
Ben-Qvir: "Bu, qələbə deyil"

Xatırladaq ki, İsrail ilə Fələstinin HƏMAS terror təşkilatı arasında yanvarın 19-da atəşkəs və əsir mübadiləsi üzrə saziş qüvvəyə minəndə bəri başdan bəri bu razılaşmaya etirazını bildirən adıçəkilən nazirlər istefa verəcəklərini, partiyaları ilə birlikdə hökumətdən çəkiləcəklərini diqqətə çatdırmışdılar. Onların fikrincə, HƏMAS terrorçuları ilə razılığa girmək "onlara təslim olmağa" bərabərdir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   HƏMAS   ABŞ   tələb   reaksiya  





Xəbər lenti