Vladimir Putinlə Suriyanın yeni lideri arasında telefon danışığı baş tutub

Vladimir Putinlə Suriyanın yeni lideri arasında telefon danışığı baş tutub
  12 Fevral 2025    Oxunub:278
Rusiya Prezidenti Vladimir Putinlə Suriyanın keçid dövrünün başçısı Əhməd əş-Şəraa arasında telefon danışığı baş tutub.
AzVision.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.

Tərəflər Suriyadakı vəziyyəti, ölkə daxilində dialoq məsələsini, vəziyyətin normallaşdırılmasını və humanitar yardımı müzakirə ediblər. Xüsusilə Rusiya nümayəndələrinin Dəməşqdə apardığı son danışıqlar kontekstində ticarət-iqtisadi və təhsil əməkdaşlığı mövzularına da toxunulub.

Tərəflər ikitərəfli münasibətlərin inkişafı üçün qarşılıqlı əlaqələrin davam etdirilməsi ilə bağlı razılığa gəliblər.

AzVision.az



Teqlər:





Xəbər lenti