Ukrayna PUA-larının Rusiyaya kütləvi hücumu - VİDEO
Xəbərdə Ukrayna bütün Rusiya poladının təxminən 20%-ni istehsal edən və ölkənin ən böyük polad zavodu olan Novolipetsk Dəmir-Polad Zavoduna (NLMK) hücum etməyə cəhd göstərdiyi deyilir. Bundan əvvəl zavod ötən il fevralın 24-də də dronlarla hücuma məruz qalmışdı. Daha sonra onun üzərində yanğın baş verib.
Gecə pilotsuz təyyarə hücumundan sonra Lipetsk şəhərinin bir neçə bölgəsində elektrik enerjisi kəsilib.
“Hazırda energetiklər istehlakçıları yenidən birləşdirirlər”, - İqor Artamonov teleqram-kanalında yazıb.
Daha sonra o, şəhərin elektrik təchizatının tam bərpa olunduğunu bəyan edib.
Vurulan PUA-lardan birinin tullantıları, həmçinin Lipetsk aerasiya stansiyasının ərazisinə düşüb və müəssisənin əməkdaşı xəsarət alıb.
“Qəlpə yaraları alan şəxs xəstəxanaya çatdırılıb, ona bütün lazımi yardımlar göstərilir. Stansiyanın fəaliyyəti pozulmayıb”, - qubernator əmin edib.
Bundan əlavə, dağıntılar iki fərdi evin üzərinə düşsə də, tələfat olmayıb. Lipetsk vilayətinin daha iki şəhərində - Yelets və Qryazidə də pilotsuz təyyarələrin hücumu təhlükəsi elan edilib, lakin sosial şəbəkələrdə hücumun nəticələri barədə rəsmi məlumat verilməyib.
Rusiya Müdafiə nazirliyinin hesabatına görə, ötən gecə növbətçi hava hücumundan müdafiə (HHM) sistemləri Bryansk vilayəti üzərində 83 Ukrayna PUA-sını məhv edib. Onların əksəriyyəti - 37 ədədi Rusiyanın Bryansk vilayəti səmasında vurulub. Həmçinin, Kursk və Lipetsk vilayətləri üzərində 12, Tver vilayəti üzərində doqquz, Belqorod, Kaluqa, Smolensk və Voronej vilayətlərinin hər biri üzərində üç, Rostov vilayəti üzərində isə bir PUA məhv edilib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Ukrayna Rusiya PUA hücum