“Zəkaların mübarizəsi” olimpiadası keçiriləcək

   “Zəkaların mübarizəsi” olimpiadası keçiriləcək
  13 Fevral 2025    Oxunub:314
Heydər Əliyev Fondunun və Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Zəka mübarizəsi” olimpiadası olacaq.
AzVision.az xəbər verir ki, Olimpiadada riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, mədəniyyət və incəsənət üzrə bilik və bacarıqlarını nümayiş etdirəcək IX-XI sinif şagirdləri iştirak edəcəklər. Şagirdlər arasında şahmat turniri də təşkil olunacaq.

Komanda yarışları formatında keçiriləcək olimpiada rayon və respublika mərhələlərindən ibarətdir. Olimpiadanın final mərhələsi may ayında olacaq və qaliblər cari ilin aprelində keçirilməsi nəzərdə tutulan regional mərhələnin nəticələrinə əsasən müəyyən ediləcək.

Olimpiadanın əsas məqsədi müxtəlif sahələr üzrə bilik və bacarıqları ilə seçilən istedadlı gəncləri üzə çıxarmaq, şagirdlərdə əməkdaşlıq bacarıqlarını, səmərəli ünsiyyət, liderlik bacarıqlarını, müzakirə mədəniyyətini, qərar qəbul etmə, komandada işləmək, analitik və məntiqi təfəkkür, planlaşdırma və strategiya quruculuğu, arasında sağlam rəqabət mühitinin yaradılması, region gəncləri arasında ünsiyyət mühitinin genişləndirilməsidir.

AzVision.az


Teqlər: zəkalar   mübarizə   olimpiada  





Xəbər lenti