"Sözlərdən rənglərə" adlı sərgidə əsasən bədii ədəbiyyatdan ilhamlanaraq çəkilmiş əsərlər nümayiş olunacaqlar. Platformadan bildirilib ki, bu dəfə sərgi “XG” kafedə keçiriləcək.
“İncəsənət yalnız uzaq sərgi salonlarında deyil, insanların gündəlik həyatında da olmalıdır. İlk sərgimizdən sonra gördük ki, yaradıcı insanların işlərini daha çox insana çatdırmaq vacibdir. Buna görə də sərgiləri geniş kütlənin ziyarət etdiyi məkanlarda təşkil etməyə qərar verdik. İnanırıq ki, insanlar incəsənətə nə qədər yaxın olsalar, maraqları da bir o qədər artar”,- “Alleqoriya” platformasından bilirilib.
Sərgi fevralın 27-də açılacaq və əsərlər bir ay boyunca nümayiş olunacaq.
İncəsənətin inkişafı, rəssamlara dəstək üçün media nümayəndələri də sərgiyə dəvətlidir.
![](https://azvision.az/photos/2025/02/Poster-2-1739446050.jpg)