Bu barədə
AzVision.az Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədovun “X” sosial şəbəkəsindəki hesabındakı paylaşımına istinadən xəbər verir. Səfir qeyd edib ki, E.Əmirbəyov İsveçin xarici işlər üzrə dövlət katibi Daq Hartelius, Baş nazirin dəftərxanasının dövlət katibi Kristian Danielsson ilə görüşüb, SIPRI və SCEEUS araşdırma mərkəzlərində müzakirələr aparıb.
"Bu görüşlərdə Azərbaycanın İsveç və Avropa İttifaqı ilə ikitərəfli münasibətləri, Bakı və İrəvan arasında normallaşmanın hazırkı vəziyyəti və s. müzakirə olunub", - paylaşımda qeyd edilib.
AzVision.az