Rusiya hərbi xərcləri üzrə Avropanı üstələyir
![Rusiya hərbi xərcləri üzrə Avropanı üstələyir Rusiya hərbi xərcləri üzrə Avropanı üstələyir](https://azvision.az/photos/2025/02/TANK-1739431102.jpg)
Ekspertlərin proqnozlarına görə, 2025-ci ildə Rusiyanın ümumi müdafiə xərcləri daha 13,7% artaraq 15,6 trilyon rubla çatacaq ki, bu da ÜDM-in 7,5%-nə və ya Rusiya federal xərclərinin təxminən 40%-nə bərabərdir.
“İqtisadiyyata mənfi təsir göstərməsinə baxmayaraq, Rusiya hələ də müharibəyə bu qədər pul xərcləyə bilər”, - IISS vurğulayır.
Eyni zamanda, Böyük Britaniya və Avropa İttifaqı (Aİ) üzvləri də daxil olmaqla bütün Avropa ölkələrinin müdafiə büdcələri keçən il təxminən 12% artaraq 457 milyard dollara çatıb ki, bu da Moskvanın müvafiq xərclərindən 5 milyard dollar azdır.
Sahil İsgəndərov
AzVision.az