Ruben Vardanyan “Nemezis-2” terror əməliyyatının başlanılması təşəbbüsündə ittiham olunur

 Ruben Vardanyan “Nemezis-2” terror əməliyyatının başlanılması təşəbbüsündə ittiham olunur
  13 Fevral 2025    Oxunub:398
Ruben Vardanyan Azərbaycanın xaricdəki diplomatlarına qarşı “Nemezis-2” terror əməliyyatının başlanılması təşəbbüsündə ittiham olunur.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə bu gün keçirilən məhkəmə prosesində elan olunan ittiham aktında qeyd edilib.

İttiham aktına əsasən, Ruben Vardanyan şəxsən tərtib etdiyi fəaliyyət planında Azərbaycanın xarici ölkələrdə olan diplomatik korpusunun nümayəndələri, xidməti vəzifələrini və ictimai borcunu yerinə yetirən vətəndaşlarına qarşı terrorçuluq törədilməsi üçün “Nemezis-2” terror əməliyyatının başlanılması təşəbbüsünü irəli sürüb.

AzVision.az



Teqlər:





Xəbər lenti