Zelenski: Rusiya Belarusdan NATO ölkələrinə hücum üçün istifadə edə bilər

      Zelenski:    Rusiya Belarusdan NATO ölkələrinə hücum üçün istifadə edə bilər
  15 Fevral 2025    Oxunub:432
"Əlimizdə dəqiq kəşfiyyat materiallarımız var. Rusiya bu yay hərbi təlimlər adı altında Belarusa qoşun yeritməyi planlaşdırır".
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransı zamanı bildirib. "Üç il əvvəl Ukraynaya genişmiqyaslı hücum zamanı da eynilə belə davranmışdılar. Belarusdakı Rusiya qüvvələri Ukraynaya hücum etmək üçünmüdür? Ola bilsin ki, hə. Ola bilsin ki, yox. Bəlkə elə sizə hücum edəcəklər?! İcazə verin xatırladım ki, Belarus NATO-nun üç ölkəsi ilə həmsərhəddir. Rusiya hərbi əməliyyatları üçün plasdarm olub", - o deyib.

AzVision.az


Teqlər:





Xəbər lenti