2025-ci ildən Aqrar Biznes Festivallari ölkənin aparıcı banklarının tərəfdaşlığı ilə təşkil olunacaq
![2025-ci ildən Aqrar Biznes Festivallari ölkənin aparıcı banklarının tərəfdaşlığı ilə təşkil olunacaq 2025-ci ildən Aqrar Biznes Festivallari ölkənin aparıcı banklarının tərəfdaşlığı ilə təşkil olunacaq](https://azvision.az/photos/2025/02/aqrar_biznes_festival-1739525579.jpg)
Qeyd edək ki, ötən il Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ölkənin 12 iqtisadi rayonunu əhatə edən 33 rayonunda Aqrar Biznes Festivalları keçirilib. Sözügedən festivallarda 56 rayondan 17171 nəfər kənd təsərrüfatı məhsul istehsalçısı və emalçısı iştirak edib, fermerlərin maarifləndirilməsi istiqamətində aqrar sahənin prioritet sahələri üzrə ən qabaqcıl təcrübə və yeniliklərlə bağlı 32 təlim və 9 panel müzakirə təşkil olunub.
Aqrar sahədə müasir innovativ yeniliklərin nümayiş olunduğu festivallar çərçivəsində bir sıra şirkət və fərdi sahibkar tərəfindən 6125000 manat həcmində satış həyata keçirilib, həmçinin kredit yarmarkalarında 6 bank tərəfindən 1662077 manat dəyərində kredit verilib.
Cari ilin ilk Aqrar Biznes Festivalı 19 fevral tarixində İmişli “ASAN xidmət” mərkəzinin qarşısında keçiriləcək. Festival çərçivəsində müxtəlif xidmət və məhsulların nümayişi ilə yanaşı, maliyyə qurumlarının iştiraki ilə “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirələr təşkil olunacaq.
AzVision.az
Teqlər: