Ədliyyə naziri Şirvanda vətəndaşları qəbul edib

Ədliyyə naziri Şirvanda vətəndaşları qəbul edib
  15 Fevral 2025    Oxunub:390
Ədliyyə naziri Fərid Əhmədov Şirvan şəhərində vətəndaşları qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qəbulda Şirvan, Hacıqabul, Sabirabad və Salyan rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb.

Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti