Özünüməşğulluq proqramının əhatə dairəsi 4 dəfəyə yaxın artırılır

Özünüməşğulluq proqramının əhatə dairəsi 4 dəfəyə yaxın artırılır
  15 Fevral 2025    Oxunub:429
Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi 9,2 min işsiz və işaxtaran şəxsi özünüməşğulluq proqramına cəlb etməyi planlaşdırır ki, bu da ötən illə müqayisədə 3,7 dəfə çoxdur.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, proqram iştirakçıları üçün ilk növbədə təlim kursları təşkil olunaraq, onlara kiçik biznesin təşkili üzrə zəruri bilik və bacarıqlar öyrədilir. Kursları uğurla başa vuran şəxslər seçdikləri iqtisadi fəaliyyət növləri üzrə aktivlərlə (mal və materiallarla) təmin edilməklə, onlar üçün kiçik təsərrüfatlar qurulur.

Ümumilikdə ötən dövrdə 95 mindən çox işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti