Orban: "Avropa İttifaqı öz-özünə dağılacaq"

            Orban:    "Avropa İttifaqı öz-özünə dağılacaq"
  14 Fevral 2025    Oxunub:557
"Macarıstanın Avropa İttifaqından (Aİ) çıxmaq niyyəti yoxdur".
Bu sözləri Macarıstanın Baş naziri Viktor Orban ölkənin "Kossuth" radiosuna müsahibəsində dilə gətirib. O söyləyib ki, Aİ cari iqtisadi siyasətini dəyişməsə, ömrünü başa vuracaq.

"Əlbəttə, radikal dəyişiklik üçün iki-üç il möhlət lazımdır. Almaniya və Fransa lazımi çıxış yolunu tapmasa, yeni səhifə açmasa, ittifaqın mövcudluğu sual altında qalacaq. Macarıstanın Aİ-dən çıxmağına ehtiyac yoxdur, çünki ittifaq, onsuz da, öz-özünə dağılacaq", - Orban vurğulayıb.

Baş nazir diqqətə çatdırıb ki, onun bu fikirləri Avropa İttifaqının tənqidi deyil, amma "Aİ-nin qısa müddətdə köklü dəyişikliklərə ehtiyacı var".

Firudin Həmidli
AzVision.az


Teqlər: Macarıstan    





Xəbər lenti