Ukrayna hərbçiləri Putinlə sövdələşmənin əleyhinədir
![Ukrayna hərbçiləri Putinlə sövdələşmənin əleyhinədir Ukrayna hərbçiləri Putinlə sövdələşmənin əleyhinədir](https://azvision.az/photos/2025/02/GOR-1739516091.jpg)
“Hazırda əlimizdə olan sursat ehtiyatı iki-üç həftəyə, bəlkə də bir aya çatacaq. Biz birmənalı şəkildə öz gücümüzlə bunun öhdəsindən gələ bilmərik”, - zabit deyib.
Ukraynanın şərqində döyüşən Ukrayna Silahlı Qüvvələrinin (USQ) 53-cü briqadasının daha bir qadın əsgəri isə ABŞ və Rusiya prezidentləri arasında aparılan danışıqlara şübhə ilə yanaşıb. Onun fikrincə, müharibəni ancaq güc yolu ilə dayandırmaq olar.
- Əgər dialoq vəziyyətə təsir etməyin yollarından biridirsə, qoy danışsınlar, amma bu danışıqların nəticələrini hiss etməyimiz üçün kifayət qədər mənalı olsun. Şərtlər hamı üçün qəbuledilməzdir. Bizim təklif etdiklərimiz onlar üçün, onların təklif etdikləri isə bizim üçün işləmir. Buna görə də, yəqin ki, buradakı hər bir əsgər kimi, mən də inanıram ki, bunu ancaq güc yolu ilə həll etmək mümkündür”, - hərbçi qadın vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Ukraynanın və Qərbin yüksək vəzifəli məmurlarına istinad edən “Financial Times” nəşri Tramp və Putinin, böyük ehtimalla, Pasxa bayramına (20 aprel) və ya mayın 9-na qədər Ukraynada atəşkəs barədə razılığa gəlməyə çalışacaqlarını yazmışdı.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Ukrayna hərbçilər sövdələşmə