Bəzi cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək
![Bəzi cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək Bəzi cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək](https://azvision.az/photos/2024/04/manat-1621836276-1711957195.jpg)
Layihəyə əsasən, bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarına əlavənin verilməsi üçün həmin orqanın (qurumun) hesabına köçürüləcək.
Həmin vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
AzVision.az
Teqlər: