Rütte: “Şikayətləndiyiniz yetər”

      Rütte:    “Şikayətləndiyiniz yetər”
  15 Fevral 2025    Oxunub:379
NATO-nun baş katibi Mark Rütte Münhen Təhlükəsizlik Konfransında müzakirələr zamanı Aİ ölkələrini Ukrayna ilə bağlı danışıqlardan şikayət etməyi dayandırmağa çağırıb.
AzVision.az xarici mediaya istinadən bildirir ki, NATO-nun baş katibi Aİ-yə şikayətlənməkdənsə, konkret ideyalar verməyi tövsiyyə edib.

“Danışıqlar masası arxasında olub-olmayacağınızdan şikayətlənməyin, konkret ideyalar təklif edin. Xərcləri artırın, Ukraynaya hərbi təlim və silah tədarükünün davam etdirilməsini təmin edin”, - Mark Rütte Avropa ölkələrini tənbeh edib.

Polşa Ukrayna üzrə özəl plan hazırlamağa çağırıb
Şimali Atlantika Alyansının baş katibi dünən münaqişədən sonra Ukraynaya heç vaxt bloka üzvlük vəd edilmədiyin bildirib. Amma, onun sözlərinə görə, Qərb Kiyevi “danışıqlar başlamazdan əvvəl daha yaxşı mövqe” ilə təmin etməlidir. Rütte, həmçinin diqqətə çatdırıb ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsi sülh sazişinin bir hissəsi olmayacaq.

Yeri gəlmişkən, bundan əvvəl danışıqların hələ başlamadığını vurğulayan ABŞ prezidenti Donald Tramp da, Ukraynanın NATO üzvü olmayacağına əminliyini ifadə edib.

Qeyd edək ki, son günlər Ukrayna probleminin həlli üzrə danışıqlar prosesindən kənarda qala bilməsi perspektivi Aİ-nin aparıcı ölkələrini bərk əl-ayağa salıb. Polçanın baş naziri Donald Tusk isə bu məsələ ilə bağlı Aİ-ni öz planını hazırlamağa çağıırb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rütte     tənbeh  





Xəbər lenti