Somalidə prezidentin korteji partladılıb - VİDEO

   Somalidə prezidentin korteji partladılıb    - VİDEO
  18 Mart 2025    Oxunub:518
Somali prezidenti Həsən Şeyx Mahmudun korteji paytaxt Moqadişoda, prezident sarayının yaxınlığında partladılıb.
AzVision.az Somali mətbuatına istinadən xəbər verir ki, prezidentin vəziyyəti barədə hələlik heç bir məlumat açıqlanmır.

Hücuma görə məsuliyyəti “Əş-Şəbaab” terror qruplaşması öz üzərinə götürüb.

Qeyd edək ki, 69 yaşlı Həsən Şeyx Mahmud 2022-ci ildə yenidən prezident seçilib. Bundan əvvəl o, 2012-2017-ci illərdə prezident olub. Onun hökuməti tez-tez korrupsiyaya görə tənqid olunsa da, Mahmud radikal terror qrupları ilə mübarizəyə çox vaxt və resurslar ayırmaqla tanınır.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Somali   prezident  





Xəbər lenti