PUA ilə ölkəyə narkotik daşınmasının qarşısı alınıb

PUA ilə ölkəyə narkotik daşınmasının qarşısı alınıb
  18 Mart 2025    Oxunub:695
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzVision.az -a verilən məlumata görə, tədbirlərlə əvvəllər məhkum olunmuş 48 yaşlı İlqar Babayev və 46 yaşlı Asiman Əzimov saxlanılıblar. Onlardan 15 kiloqram marixuana aşkarlanıb.

Araşdırmalarla onların narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri və maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.

Bundan əlavə, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında rayonun Səncərədi kəndi ərazisindəki örüş sahəsinə keçirdikləri baxış zamanı PUA-ya bərkidilmiş bağlamadan 10 kiloqram marixuana aşkarlanaraq götürülüb. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti