“Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçiriləcək

Forum çərçivəsində İraq, Suriya və Türkiyədən 30-dan çox vətəndaş cəmiyyəti təmsilçisi 5 gündür ki, Azərbaycandadır. Heyət işğaldan azad edilmiş ərazilərə - Xocalı, Xankəndi, Şuşa və Füzuliyə səfər ediblər. Dahi Azərbaycan şairi və mütəfəkkiri, İraq daxil olmaqla, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərmiş qüdrətli sənətkar, çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvət olan, anadilli poeziyamızın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmiş Məhəmməd Füzuli şeirləri onun şərəfinə adlandırılan, 2020-ci ildə işğaldan azad edilmiş Füzuli şəhərində türkmanların dili ilə səsləndirilib.
Türkmanlar Qarabağda yol boyu Kərkük şərqiləri də ifa edib. Bu gün türkman təşkilatları İlaxır çərşənbəni Bakıda keçirəcək, Novruz şənliklərinə qatılacaq.
AzVision.az
Teqlər: