DSX Xüsusi Məktəbində bayram tədbiri keçirilib I FOTO

DSX Xüsusi Məktəbində bayram tədbiri keçirilib  I FOTO
  19 Mart 2025    Oxunub:673
Dövlət Sərhəd Xidməti (DSX) Xüsusi Məktəbində bayram tədbiri keçirilib.
Bu barədə AzVision.az -a DSX-dən məlumat verilib.

Qeyd olunub ki, hərbi vətənpərvərlik ruhunun və sərhədçi peşəsinə marağın artırılması məqsədilə məktəblilər Novruz bayramı ərəfəsində DSX Xüsusi Məktəbində keçirilən tədbirə dəvət olunublar.

Əvvəlcə şagirdlər kursantlarla ünsiyyət quraraq məktəbin fəaliyyəti ilə yaxından tanış olmuş, onlar üçün yaradılmış şərait barədə ətraflı məlumat əldə ediblər.

Xüsusi Məktəbin təlim-tədris prosesi, sinif otaqları, laboratoriyaları və digər inzibati binaları ilə tanış olan şagirdlərə kursantların gündəlik rejimi və sərhədçi kimi formalaşmaları üçün həyata keçirilən tədbirlər barədə məlumat verilmiş, vətənin müdafiəsində sərhədçilərin rolundan danışılmış, dövlət sərhədinin mühafizəsi işini şərəflə yerinə yetirən peşəkar kadrların hazırlanmasında məktəbin əhəmiyyətindən, kursantların qarşısında duran əsas vəzifələrdən bəhs edilib.

Tədbirdə Xüsusi Məktəbin şəxsi heyətinə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin Novruz bayramı münasibətilə təbriki çatdırılıb, kursantlar və qonaqlar üçün maraqlı konsert proqramı təşkil olunub, müxtəlif musiqi nömrələri, şeirlər, səhnəciklər təqdim edilib.

Tədbir iştirakçıları xoş anlar yaşamış və məktəblilər üçün bu ekskursiya yaddaqalan təcrübəyə çevrilib.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti