Husilər hücumları artıracaqlarını bildirirlər

   Husilər hücumları artıracaqlarını bildirirlər
  18 Mart 2025    Oxunub:591
İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağını yenidən bombalamağa başlaması fonunda Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" qruplaşması bu ölkə ilə əlaqəli gəmilərə Qırmızı və dəniz ətraf sularda daha ağır şəkildə zərbələr endirəcəyini diqqətə çatdırıb.
Bu barədə qruplaşmanın Ali Siyasi Şurası bəyanat yayıb. Bəyanatda "İsrailin Qəzza zolağına təcavüzünün pisləndiyi, Fələstin xalqının bu döyüşdə tək qalmayacağı" vurğulanır.

"Yəmən öz dəstəyini, köməyini əsirgəməyəcək, müqaviməti daha da artıracaq", - husilər bildirirlər.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın martın 15-də verdiyi gözlənilməz əmrə əsasən, ABŞ Hərbi Hava Qüvvələri Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" qruplaşmasının mövqelərinə aviazərbələr endirməyə başlayıb. Öz növbəsində, husilər də ciddi əks-hücuma keçiblər. Onlar "Qəzza zolağında mühasirə başa çatmayınca bu ölkə ilə əlaqəli gəmiləri Qırmızı dəniz və ətraf sularda hədəfə alacaqlarını" diqqətə çatdırıblar.
Xamenei: "Müqavimət ABŞ-ni qızışdırır"

"Husi" qruplaşması ötən ilin noyabrından bəri Qəzzada müharibəyə etiraz məqsədilə Qırmızı dəniz regionunda əsasən İsraillə əlaqəli gəmiləri hədəfə almaqda idi. Bu dəniz ticarəti və ümumiyyətlə, qlobal iqtisadiyyatı ciddi təhlükə altına almışdı. ABŞ və Britaniya terrorçularla mübarizə məqsədilə regiona qoşun göndərmiş, onlara qarşı bir sıra uğurlu əməliyyat keçirmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Husilər   İsrail   Qəzza   müharibə  





Xəbər lenti