Mövqelərimiz fasilələrlə atəşə tutuldu

   Mövqelərimiz fasilələrlə atəşə tutuldu
  18 Mart 2025    Oxunub:600
Azərbaycan Ordusunun mövqeləri martın 17-si saat 22:15-dən martın 18-i saat 00:20-dək fasilələrlə atəşə tutulub.
AzVision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa, Qarakilsə rayonunun Saybalı və Çənbərək rayonunun Vaqan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

AzVision.az



Teqlər:





Xəbər lenti