İran XİN: "Hücumun məsuliyyəti ABŞ-yə aiddir"

    İran XİN:  "Hücumun məsuliyyəti ABŞ-yə aiddir"
  18 Mart 2025    Oxunub:567
Rəsmi Tehran İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağını yenidən bombalamağa başlamasına münasibət bildirib.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuata açıqlamasında Tehranın sözügedən hücumu qətiyyətlə pislədiyini diqqətə çatdırıb.

"Qəzza zolağında soyqırımın yenidən başlamasına görə birbaşa ABŞ məsuliyyət daşıyır. Bütün hökumətləri və Birləşmiş Millətlər Təşkilatını (BMT) bu bəşəri cinayəti dayandırmağa çağırırıq", - o deyib.
HƏMAS: "Vasitəçilərlə danışıqlar aparırıq"

Xatırladaq ki, İsrail Ordusu bu gecə saatlarından başlayaraq Qəzza zolağını yenidən atəşə tutmağa başlayıb. Aviazərbələr nəticəsində 300-dən artıq mülki vətəndaş həyatını itirib. Eyni zamanda, Fələstinin HƏMAS qruplaşmasının 5 ali nümayəndəsi: "Baş naziri", "daxili işlər naziri" və başqaları zərərsizləşdiriliblər. HƏMAS İsrailin zərbələrinə qarşı hələlik cavab verməyib. Digər tərəfdən, BMT-nin Təhlükəsizlik Şurası vəziyyətin müzakirəsi ilə əlaqədar bu gün xüsusi iclas keçirəcək.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   HƏMAS   müharibə  





Xəbər lenti