Qəzzaya kütləvi zərbələr bərpa edilib

   Qəzzaya kütləvi zərbələr bərpa edilib
  18 Mart 2025    Oxunub:697
HƏMAS-ın ABŞ-nin atəşkəsin uzadılması və girovların azad edilməsi ilə bağlı təklif etdiyi planı rədd etməsindən sonra İsrail ordusu (ÇAXAL) Qəzza zolağında döyüşləri bərpa edib.
AzVision.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

İsrail hərbçiləri qaçqın düşərgəsinə partlayıcı yerləşdirən iki radikalı hədəfə alıb
Qeyd edilib ki, Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz orduya Qəzza zolağında HƏMAS-a qarşı qəti addımlar atmağı əmr edib: "Bu qərar HƏMAS-ın oğurladığı vətəndaşlarımızı azad etməkdən dəfələrlə imtinasından və ABŞ prezidentinin elçisi Stiv Vitkofdan, vasitəçilərdən gələn bütün təklifləri rədd etdikdən sonra verilib".

ÇAXAL-ın bəyanatında qeyd edilib ki, zərbələr Qəzza zolağının bütün ərazisi boyu HƏMAS-ın hədəflərinə endirilir. Hücumların məqsədi “bütün oğurlanmış insanların, diri və ya ölənlərin azad edilməsidir.

Xatırladaq ki, ÇAXAL-ın dünənki bəyanatında İsrail hərbçilərinin anklavın mərkəzi hissəsində yerləşən Əl-Bureyc qaçqın düşərgəsi ərazisinə partlayıcı qurğu yerləşdirən fələstinli radikalları hədəfə alması bildirilirdi.

HƏMAS isə bəyan edib ki, İsrailin hərbi əməliyyatları bərpa etmək qərarı girovların taleyini riskə atır. İzzat ər-Rişk hərəkatının siyasi büro üzvü Netanyahunu əsirlikdə qalan israillilərə "ölüm hökmü" verməkdə ittiham edib.

Təşkilat hazırda Qəzzada 59 israillini girov saxlayır. Onların təxminən yarısı rəsmən ölü elan edilib.

Qəzza rəsmilərinin məlumatına görə, martın 2-nə keçən gecə İsrailin hücumları bərpa etməsindən sonra anklavda 200-dən çox insan həlak olub. Fələstinin Əl-Əqsa telekanalının məlumatına görə, ölənlərin sayı 230-u keçib, 350-dən çox insan yaralanıb.

Yanvarın 19-dan martın 1-dək Qəzza zolağında atəşkəs rejimi qüvvədə olub. Bu müddət ərzində fələstinli qruplar 30 girovu azad edib, 8 nəfərin cəsədini İsrailə təhvil verib. İsrail buna cavab olaraq, terrorizmdə təqsirli bilinənlər də daxil olmaqla 1700 fələstinli məhbusu azad edib və qoşunlarını Qəzzanın dərinliklərindən çıxarıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qəzza   İsrail   Zərbə  





Xəbər lenti