Husilər ABŞ gəmisini vurublar

   Husilər ABŞ gəmisini vurublar
  19 Mart 2025    Oxunub:626
Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" qruplaşması Qırmızı dənizdə ABŞ-yə məxsus təyyarədaşıyan gəmiyə raket zərbəsi endiriblər.
Qruplaşmanın sözçüsü "Agence France-Presse" xəbər agentliyinə verdiyi açıqlamada diqqətə çatdırıb ki, bu onların 72 saat ərzində atəş açdıqları dördüncü ABŞ hərbi gəmisidir.

Onun sözlərinə görə, "USS Harry Truman" təyyarədaşıyan gəmisi çoxsaylı qanadlı raketlər və pilotsuz uçuş aparatları (PUA) hədəfə alınıb.

ABŞ-nin hərbi nümayəndələri husilərin iddiası ilə əlaqədar hələlik şərh verməyiblər.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın martın 15-də verdiyi gözlənilməz əmrə əsasən, ABŞ Hərbi Hava Qüvvələri Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" qruplaşmasının mövqelərinə aviazərbələr endirməyə başlayıb. Öz növbəsində, husilər də ciddi əks-hücuma keçiblər. Onlar "Qəzza zolağında mühasirə başa çatmayınca bu ölkə ilə əlaqəli gəmiləri Qırmızı dəniz və ətraf sularda hədəfə alacaqlarını" diqqətə çatdırıblar.
Husilər hücumları artıracaqlarını bildirirlər

"Husi" qruplaşması ötən ilin noyabrından bəri Qəzzada müharibəyə etiraz məqsədilə Qırmızı dəniz regionunda əsasən İsraillə əlaqəli gəmiləri hədəfə almaqda idi. Bu dəniz ticarəti və ümumiyyətlə, qlobal iqtisadiyyatı ciddi təhlükə altına almışdı. ABŞ və Britaniya terrorçularla mübarizə məqsədilə regiona qoşun göndərmiş, onlara qarşı bir sıra uğurlu əməliyyat keçirmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Husilər   ABŞ   gəmi   zərbə  





Xəbər lenti