Azərbaycan qızıl istehsalını 80 %-dən çox artırıb

Azərbaycan qızıl istehsalını 80 %-dən çox artırıb
  17 Mart 2025    Oxunub:612
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 478,3 kq qızıl, 776,6 kq gümüş istehsal edilib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qeyd olunub ki, qızıl istehsalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 81,4 %, gümüş istehsalı isə 36,8 % artıb.

Ötən 2 ay ərzində Azərbaycanda mis konsentratının istehsalı 356,3 ton olub ki, bu da bir il öncəki göstəricidən 11,1 dəfə çoxdur.

Bu ilin martın 1-nə olan məlumata görə, ölkədə 160,4 kq qızıl, 668,9 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə 234,5 ton təşkil edib.


AzVision.az


Teqlər:





Xəbər lenti