Karlson Rusiyanı "yanacaqdoldurma məntəqəsi" sayanları axmaq adlandırdı - VİDEO

   Karlson Rusiyanı "yanacaqdoldurma məntəqəsi" sayanları axmaq adlandırdı  - VİDEO
  18 Mart 2025    Oxunub:665
"Rusiyanı nüvə silahı olan yanacaqdoldurma məntəqəsi kimi qəbul edənlər axmaq insanlardır".
AzVision.az xəbər verir ki, bu fikri məşhur amerikalı jurnalist Taker Karlson RT-nin aparıcısı Rik Sançesə müsahibəsində deyib.

Karlson: “Bayden hakimiyyəti Putini öldürmək istəyirdi” - VİDEO
"Siz ciddisiniz? Siz ümumiyyətlə Tolstoyu oxumusunuzmu? Rusiyada nə vaxtsa olmusunuzmu?",- o, aparıcının sualına cavab verərkən deyib.

Karlson ABŞ da daxil olmaqla, Rusiyanı “nüvə silahı olan yanacaqdoldurma məntəqəsi” hesab edən siyasi qüvvələr haqqında müsbət fikirlər sələndirməyib.
Amerikalı jurnalist xatırladıb ki, senator Con Makkeyn də Rusiya haqqında belə düşünənlərdəndir.

Bundan əvvəl Karlson son 25 ildə Rusiyada həyat səviyyəsinin yaxşılaşmasından danışmışdı. Taker vurğulayıb ki, Rusiya indi 25 il əvvəlkindən daha yaxşı bir ölkəyə çevrilib və heç kim deyə bilməz ki, bu belə deyil.

Eyni zamanda, Karlson qeyd edib ki, analoji müddət ərzində ABŞ-nin meqapolislərində həyat daha da pisləşib. Jurnalist ölkəsində vəziyyətin pisləşməsini amerikalı prezidentlərin səriştəsiz davranışları ilə əlaqələndirib.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Nüvə   Axmaq  





Xəbər lenti