Aİ Suriyaya qarşı sanksiyaların ləğvindən danışıb

Aİ Suriyaya qarşı sanksiyaların ləğvindən danışıb
  17 Mart 2025    Oxunub:649
Avropa İttifaqının ( Aİ ) xarici işlər nazirləri ölkədə döyüşlərə baxmayaraq, Suriyaya qarşı sanksiyaların ləğvi prosesini dayandırmamaq barədə razılığa gəliblər.
AzVision.az xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaja Kallas bildirib.

O bildirib ki, sanksiyaların ləğvi ilə bağlı planlarımızı həyata keçirsək də, Suriyanın yeni rəhbərliyinin hərəkətlərini yaxından izləməyə davam edirik.

Kallas bildirib ki, hazırda Aİ Suriyada zorakılığın qarşısını almaq istəyirsə, bu ölkə xalqına ümid verməlidir.
Bundan əvvəl Avropa İttifaqının enerji, nəqliyyat və bank əməliyyatları sahələrində Suriyaya qarşı sanksiyaları ləğv etməyi planlaşdırdığı bildirilib.

AzVision.az




Teqlər:





Xəbər lenti