HƏMAS 5 "nazir"in öldüyünü təsdiqləyib - YENİLƏNİB

   HƏMAS 5 "nazir"in öldüyünü təsdiqləyib -  YENİLƏNİB
  18 Mart 2025    Oxunub:976
Fələstinin HƏMAS qruplaşması İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağını gecə saatlarında bombalaması nəticəsində 5 ali nümayəndəsinin həyatını itirdiyini təsdiqləyib.
Bu barədə HƏMAS-ın Qəzza üzrə mətbuat xidməti məlumat yayıb.

Ölənlərin adları aşağıdakı kimidir:

- İssam Dəalis - hökumətin fəaliyyətinin monitorinqi komitəsinin ("Baş nazir);
- Əhməd Əl-Xətta - "Ədliyyə Nazirliyi"nin baş direktoru;
- Mahmud Əbu Vətfə - "daxili İşlər naziri";
- Behcət Əbu Sultan - daxili təhlükəsizlik agentliyinin rəhbəri;
- Əbu Übeydə Əl-Cəmasi - fövqəladə hallar komitəsinin rəhbəri.


* * *

11:05
İsrail Hərbi Hava Qüvvələrinin gecə saatlarından etibarən Qəzza zolağını yenidən bombalamağa başlaması nəticəsində Fələstinin HƏMAS qruplaşmasının bir sıra ali nümayəndəsi həyatını itirib.
Qruplaşmanın adı çəkilməyən iki nümayəndəsinin "Agence France-Presse" xəbər agentliyinə verdiyi məlumata görə, ölənlərin arasında HƏMAS-ın "Daxili İşlər Nazirliyi"nin rəhbəri Mahmud Əbu Vətfə da var.

Eyni zamanda, Qəzzadakı jurnalistlər bildirirlər ki, zərbələr əsnasında HƏMAS-ın siyasi bürosunun üzvü, hökumətin fəaliyyətinin monitorinqi komitəsinin rəhbəri (Baş nazir səviyyəsində) İssam Dəalis də zərərsizləşdirilib.
Yaxın Şərqdə müharibə yenidən qızışdı

Ölən terror rəhbərləri arasında həmçinin HƏMAS-ın fövqəladə hallar komitəsinin rəhbəri Əbu Übeydə Əl-Cəmasi, "Daxili İşlər Nazirliyi"nin ali rütbəli nümayəndəsi Behcət Əbu Sultan və Qəzza üzrə "Ədliyyə Nazirliyi"nin Baş direktoru Əhməd Əl-Xəttanın da adları çəkilir.

Xatırladaq ki, İsrail Ordusu bu gecə saatlarından başlayaraq Qəzza zolağını yenidən atəşə tutmağa başlayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   HƏMAS   Qəzz   İsrail   müharibə  





Xəbər lenti