"Bu, insafsızlıqdır. Yenidən dərhal atəşkəs rejiminə qayıdılmalıdır. Qəzza sakinləri ağlasığmaz əzablara dözüblər. Hərbi əməliyyatların dayandırılması, davamlı humanitar yardım, əsirlərin azadlığa buraxılmaları və əsas xidmətlərin, insanların dolanışıq vasitələrinin bərpası irəliyə doğru yeganə yoldur", - Mühənnəd Hadi vurğulayıb.
![]() |
BMT Təhlükəsizlik Şurası toplanır |
Xatırladaq ki, İsrail Ordusu bu gecə saatlarından başlayaraq Qəzza zolağını yenidən atəşə tutmağa başlayıb. Aviazərbələr nəticəsində 300-dən artıq mülki vətəndaş həyatını itirib. Eyni zamanda, Fələstinin HƏMAS qruplaşmasının bir sıra ali nümayəndəsi: "Baş naziri", "daxili işlər naziri" və başqaları zərərsizləşdiriliblər. BMT-nin Təhlükəsizlik Şurası vəziyyətin müzakirəsi ilə əlaqədar bu gün xüsusi iclas keçirəcək.
Firudin Həmidli
AzVision.az