Azərbaycanlı məktəblilər kosmik, rəqəmsal, innovasiya və STEAM bacarıqlarını Türkiyə Kosmik Düşərgəsində işkişaf etdirir

Düşərgə müddətində iştirakçılar STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) istiqamətində bir sıra təlimlərə qatılacaq. Bunlar arasında astronavt simulyatoru hazırlığı, Aya uçuş missiyaları, Marsda kolonizasiya, hidrofonika, aeronavtika və aerokosmik təlimlər kimi mövzular yer alacaq. Məktəblilər komanda işi və liderlik bacarıqlarını da bu fəaliyyətlər vasitəsilə inkişaf etdirəcək.
Düşərgənin sonunda iştirakçılara Space Camp Türkiye tərəfindən beynəlxalq sertifikatlar təqdim olunacaq.
2000-ci ildə fəaliyyətə başlayan və ABŞ-ın Alabama şəhərindəki kosmik düşərgədən sonra dünya çapında ikinci mühüm mərkəz sayılan Space Camp Türkiye hər il 9-16 yaş arası 260 mindən çox məktəbliyə ev sahibliyi edir. Düşərgə 60-dan çox ölkədən gələn iştirakçılara STEAM sahəsində təlimlər və praktik fəaliyyətlər təqdim edir. Alabama Kosmik Elm Sərgi Komissiyası tərəfindən lisenziyalaşdırılan bu mərkəz, eyni zamanda Türkiyə Məktəbli Düşərgələri Assosiasiyasının aktiv üzvüdür.
Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın bu kimi təşəbbüsləri azərbaycanlı məktəblilərin kosmos, rəqəmsallaşma, innovasiya və STEAM sahəsində bilik və bacarıqlarını artırmaqla yanaşı, Azərbaycanda insan kapitalının inkişafına zəmin yaradır.
AzVision.az
Teqlər: