FHN çərşənbə ilə əlaqədar əhaliyə müraciət edib

FHN çərşənbə ilə əlaqədar əhaliyə müraciət edib
  18 Mart 2025    Oxunub:631
İlaxır çərşənbə ilə əlaqədar yanğın təhlükəsizliyinə dair Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib.
Nazirlikdən AzVision.az -a bildirilib ki, xüsusi təmtəraqla qeyd olunan İlaxır çərşənbədə keçirilən mərasimlər, xüsusilə tonqalların qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması arzuolunmaz nəticələrə gətirib çıxara bilər.

Nazirlik əhaliyə müraciət edərək, İlaxır çərşənbə ilə bağlı mərasimlərdə aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır:

- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;

- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;

- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;

- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;

- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.

Yadda saxlayın: pirotexniki vasitələrdən istifadə qadağandır!

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

AzVision.az



Teqlər:





Xəbər lenti