Hakerlər Afrika prezidentinin hesabını sındırıblar

Hakerlər Afrika prezidentinin hesabını sındırıblar
  18 Mart 2025    Oxunub:713
Naməlum şəxslər Qana prezidenti Con Mahama-nın "X" sosial şəbəkəsindəki hesabını sındıraraq kriptovalyutanı reklam etmək üçün istifadə etməyə başlayıblar.
AzVision.az xəbər verir ki, bu barədə GhanaWeb portalı məlumat yayıb.

Martın 17-də səhər saatlarında şöbə əməkdaşları prezidentin hesabının sındırıldığını öyrəniblər. Hazırda onlar "X" sosial şəbəkəsinin mütəxəssisləri ilə insidentin həlli və gələcəkdə oxşar haker hücumlarının qarşısının alınması üçün işləyirlər.

Qana prezidentinin sözlərinə görə, onun hesabına giriş bərpa edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti