Yaxın Şərqdə müharibə yenidən qızışdı

  Yaxın Şərqdə müharibə yenidən qızışdı
  18 Mart 2025    Oxunub:803
İsrailin Müdafiə qüvvələrinin və Şin Bet Təhlükəsizlik Xidmətinin birgə bəyanatına əsasən, İsrail ordusu bu gecə Qəzza zolağının yenidən atəşə tutulmasına başlayıb.
AzVision.az xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahunun dəftərxanasına istinad edən “Times of Israel” nəşri belə məlumat yayıb.

“Siyasi eşalonun qərarına uyğun olaraq, ÇAXAL və Şin Bet hazırda Qəzza zolağında HƏMAS terror təşkilatına məxsus terror hədəflərinə kütləvi hücumlar həyata keçirir. Təfərrüatlar daha sonra açıqlanacaq”, - bəyanatda deyilir.

Təşkilatın israilli girovları azad etməkdən imtinası fonunda Binyamin Netanyahu və Müdafiə naziri İsrael Katzın HƏMAS-a qarşı “qətiyyətlə hərəkətə keçmək əmrindən sonra ÇAXAL zərbələr endirməyə başlayıb.

Qəzzaya kütləvi zərbələr bərpa edilib
Söhbət yanvarın 19-da atəşkəsin başlaması ilə Qəzza zolağında HƏMAS-a qarşı dayandırılmış hərbi əməliyyatın bərpasından gedir.

İsrailin Müdafiə qüvvələri (ÇAXAL) radikal HƏMAS hərəkatının rəhbərliyini və infrastrukturunu hədəf alan hava hücumlarından başqa, Qəzza zolağına hücumunu genişləndirməyə hazırdır.

- ÇAXAL lazım olduğu qədər hava hücumlarını davam etdirmək və belə bir əmr alınarsa, hücumları hava kampaniyasından kənara çıxarmaq niyyətindədir. Müdafiə qüvvələri bütün cəbhələrdə yüksək hazırlıq vəziyyətindədir”, - ÇAXAL-ın mətbuat xidmətinin bəyanatında vurğulanır.

Bundan əvvəl İsrail Hərbi Hava qüvvələrinin (HHQ) Fələstin anklavının ən böyük məskunlaşan ərazilərinə, o cümlədən cənubda yerləşən Xan-Yunis və Rəfah, həmçinin şimalda Cəbəliyə şəhəri və Qəzza zolağının mərkəzi hissəsindəki Nuseyrat qaçqın düşərgəsinə endirdiyi silsilə zərbələr nəticəsində 232 insanın öldürüldüyü bildirilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   İsrail   Qəzza   müharibə  





Xəbər lenti