Trampı tənqid edənlər psix sayılacaq

   Trampı tənqid  edənlər psix sayılacaq
  17 Mart 2025    Oxunub:748
ABŞ-nin Minnesota ştatının qanunverici orqanında respublikaçılar Trampa qarşı “tənqidi vəsvəsəlik sindromu”nu psixi xəstəlik kimi tanımaq üçün qanun layihəsi hazırlayırlar.
AzVision.az Amerikanın “Fox News” telekanalına istinadən yazır ki, ştatın qanunvericilərinin fikrincə, “Trampı tənqid sindromu” onun siyasətinə və prezidentliyinə reaksiyalarla bağlı kəskin paranoyanı nəzərdə tutur.

Simptomlar siyahısına “Trampa qarşı kəskin düşmənçilik ifadələrini” və onun tərəfdarlarına qarşı aqressiyanı aid etmək təklif olunur.

“Təklifin respublikaçıların çoxluğa malik olmadığı ştatın qanunverici orqanında qəbul edilməsi ehtimalı azdır. Qanun layihəsinin bu gün təqdim edilməsi və Səhiyyə Komitəsinə göndərilməsi planlaşdırılır”, - telekanal bildirib.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Tramp   tənqid   xəstəlik  





Xəbər lenti