Baydenin övladlarının dövlət mühafizəsi dayandırıldı

   Baydenin övladlarının dövlət mühafizəsi dayandırıldı
  18 Mart 2025    Oxunub:519
ABŞ prezidenti Donald Tramp sələfi Co Baydenin oğlu Hanteri və qızı Eşlini Məxfi Xidmətin göstərdiyi dövlət təhlükəsizliyindən məhrum edib.
AzVision.az xəbər verir ki, bu barədə özünün “Truth Social” sosial şəbəkəsində paylaşım edən Donald Tramp, xüsusilə Hanter Baydenin uzun müddət ərzində Məxfi Xidmətin mühafizəsindən istifadə etdiyini və bütün xərcləri ABŞ vətəndaşlarının ödədiyini yazıb.

“Hanter Baydeni 18 agentdən ibarət qrup qoruyurdu. Onun daha Məxfi Xidmət mühafizəsi almayacağını elan etməkdən məmnunam. Eynilə, 13 agent tərəfindən qorunan Eşli Bayden də siyahıdan çıxarılacaq”, – Tramp vurğulayıb.

Sahil İsgnədrəov
AzVision.az


Teqlər: Bayden   övladları   mühafizə  





Xəbər lenti