Ukraynada müharibənin həlli üzrə növbəti danışıqların vaxtı açıqlanıb

   Ukraynada müharibənin həlli üzrə növbəti danışıqların vaxtı açıqlanıb
  19 Mart 2025    Oxunub:639
ABŞ Dövlət katibi Marko Rubio və milli təhlükəsizlik müşaviri Mayk Volts Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində danışıqlara qayıtmaq üçün Səudiyyə Ərəbistanına yollanacaqlar.
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkofun "Fox News" verdiyi məlumata görə, atəşkəs sazişi üzrə danışıqlar bazar günü Ciddə şəhərində aparılacaq.

Vitkof diqqətə çatdırıb ki, tərəflərin Qara dənizdəki enerji infrastrukturu və hədəflərə dair atəşkəsə razılıq verəcəkləri gözlənilir.

Xatırladaq ki, dünən ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında ilk telefon danışığı baş tutub. Onlar Ukraynada atəşkəs məsələsi ətrafında müzakirələr aparıblar.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Ukrayna   danışıqlar  





Xəbər lenti