Fransalı siyasətçi: "Makron Rusiyanı təxribata çəkir"

      Fransalı siyasətçi: "Makron Rusiyanı təxribata çəkir"
  17 Mart 2025    Oxunub:832
Fransa prezidenti Emmanuel Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsinə dair açıqlamaları ilə Rusiyanı təxribata çəkir.
Bu barədə Vətənpərvərlər partiyasının lideri Florian Filippo X sosial şəbəkəsindəki səhifəsində yazıb.

O, Makronun Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə töhfə vermək istəmədiyinə işarə edib. Siyasətçinin sözlərinə görə, təxribatlar hər gün baş verir.

Filippo vurğulayıb ki, fransalı hərbçilər evdə qalmalı və Ukrayna ərazisində görünməməlidirlər.

Bir gün əvvəl Fransa prezidenti Emmanuel Makron bəyan etmişdi ki, Avropa İttifaqı (Aİ) ölkələri Rusiyanın razılığı olmadan Ukraynaya sülhməramlılar göndərə bilər. "Le Parisien" qəzetinin məlumatına görə, müvafiq plan artıq təsdiq olunmaq üzrədir və proseslər son mərhələdədir. Rusiya Xarici İşlər Nazirliyi Makronu Parisi münaqişə tərəfinə çevirməkdə və bunun üçün hər hansı bəhanə tapmağa çalışmaqda ittiham edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti