İlaxır çərşənbədə 6 azyaşlı tonqalda xəsarət alıb

İlaxır çərşənbədə 6 azyaşlı tonqalda xəsarət alıb
  19 Mart 2025    Oxunub:578
Torpaq çərşənbəsində altı nəfər tonqalda xəsarət alma ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) müraciət edib.
Bu barədə TƏBİB-dən bildirilib. Məlumatda qeyd olunub ki, müraciətlər Xətai, Binəqədi, Suraxanı, Sabunçu, Qaradağ rayonlarının ərazisindən daxil olub.

"Xəsarət alan 8 yaşlı qız hər iki qolun və qarın nahiyəsinin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub. Digər xəsarət alan 5, 6 və 11 yaşlı oğlan uşaqları isə bədənin müxtəlif nahiyələrinin yüngül termiki yanığı diaqnozu ilə yerində tibbi xidmət göstərilib. İki azyaşlının isə tibbi xidmətdən imtinası qeydə alınıb",- məlumatda vurğulanıb.


AzVision.az


Teqlər:





Xəbər lenti