ŞABAK-ın rəhbəri Netanyahunun tələbi ilə razılaşmayıb

   ŞABAK-ın rəhbəri Netanyahunun tələbi ilə razılaşmayıb
  17 Mart 2025    Oxunub:913
İsrailin baş naziri Binyamin Netanyahu Baş Təhlükəsizlik Xidmətinin (ŞABAK və ya Şin Bet) rəhbəri Ronen Barı təcili şəkildə ofisinə çağıraraq onu bu vəzifədən azad etdiyini açıqlayıb.
AzVision.az İsrail mətbuatına istinadən xəbər verir ki, Binyamin Neatnayahu Bardan istefa verməsini istəyib və o, bundan imtina etdikdə hökumətin qərarı ilə onu işdən çıxaracağını bildirib.

Mövcud qanunvericiliyə əsasən, İsrail hökumətinin başçısı ŞABAK-ın rəhbərini təkbaşına işdən çıxarmaq səlahiyyətinə malik deyil; bu addım hökumətin razılığını tələb edir. Buna görə də, Netanyahu sabah hökumətin növbəti iclasında Ronen Barın səlahiyyətlərinə xitam verilməsi məsələsini gündəmə gətirməyi planlaşdırır.

Binyamin Netanyahu İsrail vətəndaşlarına videomüraciətində ŞABAK-ın Betin rəhbərinə inamsızlığının davam etdiyinhi və zaman keçdikcə bunun daha da gücləndiyini söyləyib.

“Davam edən inamsızlıq səbəbindən mən bu həftə ŞABAK-ın rəhbərinin səlahiyyətlərinə xitam verilməsi ilə bağlı qərar layihəsini hökumətin müzakirəsinə təqdim etmək qərarına gəldim. ŞABAK-a cavabdeh olan baş nazir kimi mən əminəm ki, bu addım (Barın istefası) Şin Beti reabilitasiya etmək, bütün hərbi məqsədlərimizə çatmaq və növbəti fəlakətin qarşısını almaq üçün lazımdır”, - baş nazir 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumuna toxunaraq bildirib.

ŞABAK-ın mətbuat xidməti bəyanatda qeyd olunur ki, Netanyahu ilə görüşdə Ronen Bar veriləcək hər hansı qərarla bağlı qanuna uyğun hərəkət edəcəyini vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Netanyahu   Bar   itaətszilik  





Xəbər lenti