Əliyar Ağayev “Panatinaikos”un oyununu idarə edəcək

Əliyar Ağayev “Panatinaikos”un oyununu idarə edəcək
  29 Yanvar 2020    Oxunub:2366
Azərbaycanlı hakimlər növbəti dəfə digər ölkənin yüksək liqasının vacib oyununa təyinat alıb.
Azvision.az AFFA-nın saytına istinadən xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası Yunanıstan Super Liqasının 22-ci turu çərçivəsində keçiriləcək “Panatinaikos” – PAOK oyununu idarə edəcək. Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

Qeyd edək ki, matç fevralın 2-də, saat 21:30-da başlayacaq.

Azvision.az



Teqlər: Hakim   ƏliyarAğayev  





Xəbər lenti